AXCP sədri Əli Kərimli
Rusiya məhz belə işlər üçün – yenidən Kremlin qucağına yıxılmış Ermənistanı silahlandırıb dirçəltmək üçün atəşkəsə nail oldu. Görün bu “tərəfsiz” vasitəçi Ermənistanı hansı yollarla silahlandırır. Moskvadakı atəşkəs anlaşmasından keçən iki gündə yayılan məlumatlardır bunlar.
Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan “Kornet” raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanın Yerevana qayıtdığı Ermənistan XİN-in 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb.
Hazırda Gürcüstan və İran Ermənistana öz ərazilərindən hərbi yüklərin daşınmasını qadağan etdikləri üçün, Ermənistan silahları VİP uçuşlar da daxil olmaqla, mülki və humanitar yardım təyyarələri ilə daşıyır. Bu əməliyyatların təşkilatçıları Ermənistan Müdafiə naziri David Tonoyan, sahibkar Samvel Karapetyan və “boz iş adamı”, silah qaçaqmalçısı David Qalustyandır.
“Hayastan” Ümumerməni Fondunun göndərdiyi və dünən Ermənistana çatan 20 tonluq “humanitar yardım” da əsasən silah-sursatdan ibarət olub.
Moskvadan göndərilən “humanitar yardım”, məlumatlara görə, “Kornet” tank əleyhinə raket kompleksi, “Solntsepyok” ağır odpüskürən sistemi, “Smerç” reaktiv artilleriya sistemi, 152 və 122 mm çaplı D-20 haubitsaları üçün mərmilər, güllələr, minaatanlar üçün minalar, əl qumbaraları və s. olur.
Atlantis Armenian Airlines şirkətinə məxsus təyyarələr də dünən Minvodıdan Ermənistana silah daşıyıb. Sanksiya altında olan bu aviaşirkətin mülki təyyarələrlə Ermənistana “humanitar yardım” adı altında raket və raket sistemləri daşıdığı Azərbaycandan rəsmi səviyyədə də bildirilib.
Yazı AXCP sədri Əli Kərimlinin Facebook səhifəsinin admin heyətinin köməkliyi paylaşılıb