Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Qərarı sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi verib.
Tofiq Yaqublu bu gün 17 gündür ki, həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Vəziyyəti ağır olduğundan o, sentyabrın 12-də saxlandığı 3 saylı İstintaq Təcridxanasından özəl klinika olan “City Hospital”a köçürülüb. Onun özəl klinikaya köçürülməsini müdafiə tərəfi Avropa İnsan Hüquqlar Məhkəməsinə müraciət etmələri ilə izah edib.