Həbsdə olan siyasətçi Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında başlanan aclıq aksiyasının davam etdiyi deyilir.
Bu barədə sentyabrın 12-də aksiya iştirakçılarından biri olduğunu qeyd edən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb.
Onun deməsinə görə, aksiya itirakçılarının səhhətində problem yaranıb, sentyabrın 11-də də təcli yardım çağırıblar ( əvvəlki günlərdə də təcili yardım çağırıldığı açıqlanmışdı):
“Hamımzın səhhətində problem yaranıb, amma aksiyanı davam etdiririk. Təzyiq aşağı düşüb, əsasən 90/60 həddindəir. Başağrıları və baş gicəllənmələri artıb. Artıq, suyu da qəbul edə bilmirik. Həkimlər aclığı dayandrmağımızı istəsələr də, buna razı olmadıq”.
Verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Elman Quiyev aksiyaya qoşulduğunu açıqlayıb.
T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı bildirilir. Bir gün sonra, martın 3-də Tofiq Yaqublu da məhkəməsinin son günündə aclıq aksiyası keçirdiyini vurğulamışdı.
Azadlıq radiosu