Bü gün Nəsimi Rayon Məhkəməsində AXCP fəalı, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 4 ay uzadılması üçün İstintaq İdarəsinin təqdimatına baxılıb. Hakim Ramin Xəlilov təqdimatı qismən təmin edərək həbs müddətinin 23 noyabra kimi uzadılmasına qərar verib. Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova bu qərardan apelyasiya şikayəti verəcəyini bildirib.