Gültəkin Hacıbəyli
Milli Şura Koordinasiya Mərkəzinin üzvü
Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən, bu gün can verir.
Səməd Vurğunun bu misraları bu günün leytmotividir. Bir vaxtlar bu gün əlinə qandal taxılan İlham Əliyevin qaynatası Ramiz Mehdiyev məni həbs etmək, hətta fiziki cəhətdən məhv etmək planları üzərində ciddi-cəhdlə çalışırdı. Özündən də şərəfsiz Zakir Qaralovla birlikdə özlərindən də şərəfsiz bir üzəduranlar, işverənlər ailəsini tam tərkibdə üzümə qoyub məni məhkəmələrə çəkirdi, oğlumu əlimdən alırdı, mənə qarşı mətbuat konfransı təşkil edirdi, aşağılayırdı.
Bu gün qoluna qandal vurulan eks-deputatın həyat yoldaşı, namizədlik və doktorluq dissertasiyalarını milli məclisin yaxşı tanıdığım bir deputatının yazdığı bisavad “professor”, kafedra müdiri, anası Suxumi ermənisi olan Kama mənim haqqımda “onu diləndirəcəyik, elə edəcəyik ki, 300 manat tapmasın, quru çörəyə möhtac qoyacağıq, qoy başını götürüb çox sevdiyi Türkiyəsinə qaçsın” deyirdi. Səs yazısını qulağımla eşitməsəydim heç vaxt yaxınlığım, ünsiyyətim olmayan, adını belə dilimə almadığım birinin mənə qarşı bu qədər nifrətinə inanmayacaqdım!
Bu, yüz illik genetik nifrət ola bilərdi ancaq, başqa izahını tapa bilmirəm! Azərbaycanı, türk millətini sevən, düşünən hər kəsə qarşı dəruni nifrət!
İlham Əliyevə 15 sutka həbs qərarını hakim Şövkət Nəcəfova elan edib. Ramiz Mehdiyevin özbəöz tapşırığı ilə Seymur Həzini şərləyib beş il azadlıqdan məhrum edən üzdəniraq hakim!
Yeri gəlmişkən, Ramiz Mehdiyevin vaxtilə mənə qarşı yaratdığı amazonkalar dəstəsin dörd üzvündən biri də oğlu ilə birlikdə uzunmüddətli həbs yatıb, başqa birisi oğlu ilə birlikdə beynəlxalq terror şəbəkəsinin üzvü kimi ifşa olunub, biri isə ölkənin ən məşhur qəh…rəmanlarındandır. Qalır dördüncüsü. İştə, həyat!
Tofiq Yaqublunun məhkəməsinə ailə üzvlərini, Əli Kərimlini buraxmayan, bütün məhkəmə iclaslarından öncə vəkillərin belə telefonunu əlindən alan hakimiyyət İlham Əliyevin və qudasının məhkəməsindən canlı yayım təşkil edərək onlarla jurnalistin məhkəmə prosesində iştirakını, hətta prosesə kobud, qanunsuz müdaxiləsini təmin etmişdi. Ramiz Mehdiyev mənə qarşı hazırladığı iyrənc mətbuat konfransında etdiyi kimi.
Hələ Mehdiyev sağdır, hələ YAP hakimiyyətidir, kürəkəni qandallanıb həbsə gedir. Sonra nə olacağını düşünürmü?!
Mən Türkiyəyə qaçmadım, ancaq onların gec-tez Ermənistana qaçacağına əminəm.