Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə;
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə;
Azərbaycan Respublikasının Daxili İşlər Nazir cənab Vilayət Eyvazova;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə
2020 – ci il 15 iyul tarıxidə “Orduya, Dövlətə dəstək” şüarı ilə keçirilən Ümummili xalq hərəkatına və həmin hərəkatın bəzi iştirakçılarına, həm də bu hərkatda iştirak etməyən siyasi fəallara qarşı tətbiq edilən cinayət – cəza tədbirlərinə dair Azərbaycan Respublikası Konistitusiyasının 57 – ci maddəsinə əsasən vətəndaş, Şair – ədəbiyyatşünas Mübariz Məsimoğlundan (Nəsibov Mübariz Məsim oğlu)
MÜRACİƏT:
Cənab Prezident! Hörmətli cənablar! Əvvala, özüm barədə qısa məlumat. Heç bir siyasi təşkilatın, QHT – nin üzvi deyiləm. Azərbaycanda 4 qəzetin yaradıcısı və baş redaktoru olımuşam. 12 kitab müəllifiyəm ( 9 – u şeir, 3 ədəbi elmi – tənqidi kitabın). 1000 – dən yuxarı müxtəlif sahələrə aid məqalənin altında imzam var. 200 – dən çox kitaba redaktorluq etmişəm. 2007- ci ildən 2019 – cu ilə kimi ( nümayəndəlik inistitutu ləvğ edilənədək) insanların hüquqlarını nümayəndə qismində hüquq – mühafizə orqanlarında, məhkəmələrdə, digər idarə və təşkilatlarda, bələdiyyələrdə qorumuşam. 200 – dən artıq məhkəmə prosesində iştirak etmişəm. Apardığım işlərin 60 faizini qələbə ilə başa vurmuşam.
Qayıdaq əsas mətləbin üstünə. Mənfur ermənilərin və onun arxasında dayanan məkrli dövlətin Tovuz tərəfdən ölkəmizin ərazisinə gözlənilmədən basqın etməsi və nəticədə yüksək ranqlı zabitlər də daxil olmaqla zabit və əsgərlərimizin itirilməsi xalqımızın hiddətinə, qəzəbinə və nifrətinə səbəb olmuşdur. Heç bir təşkilatçı olmadan on minlərlə insan Bakının küçələrinə axışmış orduya, dövlətə dəstək şüarı səsləndirmişdir. Bu xalqın Konistitision hüququdur. Çünki Azərbaycan Respublikası Konistitusiyasının 1 – ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Hadisələrin sonunda, bir qrup şəxsin nədənsə mühafizə olunmayan Milli Məclisin binasına girməsinə şərait yaradılmışdır.Və bunun nəticəsində total şəkildə ölkənin bir siyasi qrumuna – AXCP – yə qarşı əsası olmayan ittihamlar irəli sürülmüş və onun bir xeyli adayı cöx ağır maddələrlə təxribatçı kimi həbsə atılmışdır. İstintaq hərəkətləri hələ də davam edir.
Hadisələrin bu şəkildə traktovka edilməsi şəxsən bir vətəndaş kimi məni çox narahat edir, bir şair kimi xəyal qırıqlığına qovuşdurur. Qanunçuluğun bərpa edilməsi qanunun pozulması halları ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Konistitusiyasının 12 – ci maddəsində yazılır ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının . Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əfsuslar olsun ki, dövlətimiz bu ali məqsədi hələ də həyata keçirib başa çatdırmayıb. Azərbaycan xalqının 80 faizi dövlət adına layiq olmayan ləyaqətsiz həyat şəraitində yaşayır. Həmçinin Konistitusiyamızın 8 – ci maddəsinə əsasən Azərbaycan Respublikassının prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdiri və Azərbaycan dövlətçiliyinin varısliyini təmin edir. Əfsuslar olsun ki. cənab prezidentin bir sıra çıxışlarında bu əsas müddəaların rəhbər tutulmamağının, qurucu babalarımıza qarşı layiq olmayan sözlərin deyilməsinin rəqib bir siyasi qrumun sıradan çıxarılmasına dair fikirlər səsləndirməsinin şahidi oluram. və buna çox təəssüflənirəm.
Həmçinin, Konistitusiyamızın 25 – ci maddəsinin 3 bəndində yazılır ki,Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsi ndən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdutlaşdırmaq qadağandır. Əfsuslar olsun ki, Konistitusiyamızın bu tələbinə də yuxarı səviyyədə əməl olunmur. Meydana çıxan 10 minlərlə insanın içərisində siyasi mənsubiyyətinə görə bir siyasi qurumun təqib edilərək onun bir qrup üzvlərinin seçilib amansız şəkildə təqiblərə məruz qalması gözlərimin önündə baş verir və mən bunu görməyə bilmirəm.
Göründüyü kimi, hərəkatın təşkilatçısı və iştirakçısı meydana çıxan on minlərlə insanın özüdür. Heç bir siyasi qurum bu hərəkatı təşkil etməyib. O cümlədən də AXCP . Həmçinin, bu partiyanın tutulan bir çox üzvləri faktiki olaraq bu hərakatda iştirak etməyib. Həmçinin, bu hərəkatda iştirak edən bu siyasi qurumun üzvləri hərəkat vaxtı müsahibə verərək açıq – aydın şəkildə bəyan edibdirlər ki, məqsədimiz. ordumuza, dövlətimizə dəstəkdir. Həmçinin, bu siyasi təşkilatın lideri hələ bu hərəkatdan əvvəl bəyanat verərək başçısı olduğu siyasi qurumun ordumuzun, dövlətimizin yanında oldu\ğunu bəyan etmişdir. Həmçinin, bu siyasi qüvvənin heç bir üzvü Milli Məclisin binasına daxil olmamışdır, heç bir dövlət və şəxsi əmlaka ziyan vurmamışdır. Belə olan halda on minlərlə insanın içərisində ayrılıb seçilərək bu siyasi qurumun siyasət səhnəsində çıxarılmasında məqsəd nədir? Onların günahının nədə əks olunmasının hüquqi, siyasi arqumentasiyası nədən ortalıqda yoxdur.
Bu siyasi partiyanın iki üzvünə cinayət məcəlləsinin 4, yerdə qalanlara isə həmin maddəni çıxmaqla onlara elan edilmiş 3 maddəsiylə cinayət işi açılıb. Həmin maddələrin ən ağırı 278 – ci maddədir. Bu hakimiyyətin zorla ələ keçirilməsi və ya onun zorla saxlanmasıdır. Həmin maddədə yazılır: Azərbaycan Respublikasının Konistitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, ha belə dövlətin konistitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər – on oldən on beş ilədək müddətinə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdam məhrum etmə ilə cəzalandırılır..
Bu maddə elan edilmiş şəxslər hərəkatda faktiki olaraq iştirak etməyiblər. Hərəkatın təşkilatçısı deyillər. Həmçinin, bu maddədə təsbit edilən 3 əməl arqumentin heç birisi nə bunların, nə də , hərəkatçıların əməlində yoxdur. Yəni bu hərəkat nəticəsində: 1. hakimiyyət zorla ələ keçirilməyib: 2. hakimiyyət zorla saxlanılmayıb: 3. həmçinin, bu konistitusiyanın zorla dəytişdirilməsinə yönələn hərəkat olmayıb. Nə belə bir çıxışlar var ortada, nə də belə bir əməl. Belə olan halda bu maddənin zorla on minlərlə insanın içərisindən ayırıb iki nəfərə tətbiq edilməsinin adı yumuşaq şəkildə desəm hüquqi nihlizmdir, absurdun absurdudur. Bu fikrim eynilə yerdə qalan 3 maddəyə də aiddir. Tutulan şəxslərin əməlində həmin maddələrin tərkibi yoxdur.
Cənab Prezident! Hörmətli cənablar! Mən doxsanıncı illərdən üzü bu yana baş verən hadisələrin canlı iştirakçısıyam. AZ – maz ümum dünya tarixində baş verən dialektik inkişaf proseslərinin ümumi məğzi ilə nəzəri cəhətdən tanışam. Dövlət və hakimiyyət anlayışının bütün formatsiyalar və tipologiyalar üzrə nə olmasını elmi, fəlsəfi, siyasi, hüquqi cəhətdən mənimsəmiş insanam. Heç uzağa getmədən bir neçə misal çəkəcəyəm. 37 – ci illərdə anti – hüquqi həbslər nə qədər işıqlı insanımızı məhv etdi. Sonradan onların hamısına bəraət verildi.Onları tutanlar isə cinayə cəzasına məhkum edildi. 90 – cı illərdə bütöv bir xalqa qaraguruh damğaları vuruldu, ekstremist epiteti yapışdırıldı. Nəticə nə oldu?. Bu “qaraguruh”lar, bu “ekstremist”lər dövlət müstəqilliyimizi bərpa etdilər. Siz onların bərpa etdikləri dövləti qoruyub yürüdürsiniz indi. Yadınıza salmaq istəyirəm Surət Hüseynovun anti – hüquqi hərəkətlərini. Nəticə etibarı ilə sonda öz layiqli cazasınə aldı. Yadınız salmaq istəyirəm dövlətin ən yüksək mərtəbələrində yuva quran Hacı Məmmədovların, Eldar Mahmudovların uzun müddət qanun adından etdikləri qanunsuzluqları. Bəşəriyyətin gəldiyi son qənaət budur ki, lap belə cinayət hadisəsi varsa da belə onun qarşısı qanuni yolla alınmalıdır. Cəza cinayətə adekvat olmalıdır. Cinayatkar cəzasız qalmamalıdır. Günahsızlar tutulmamalıdır.
İnanıram ki, dövlət hakimiyyətində tutduğunuz məqam Allahın Sizə lütvidir. Amma bu uca məqamın ayağı altında daima qaızılan şeytani quyuların olmasına da inanıram.Deyilənləri nəzərə alaraq Sizdən bir vətəndaş kimi həm tələb, həm də bir şair kimi xahiş edirəm: Durdurun bu sərsəm gedişləri özünüz qarışıq bu milləti uca məqamda saxlayın qanunsuzluq girdabına düçar edib o şeytani quyulara düşməyə imkan yaratmayın. Siz millət qarşısında, Allah hüzürunda bizim hamımızda daha çox mükəlləfsiniz…
Mübariz Məsimoğlu, ( Nəsibov Mübariz Məsim oğlu)
Tarix: 29.07.2020.