Bəxtiyar Hacıyev
Görəsən, Prezidentin köməkçisi Anar Ələkbərovun (bir çox şəxsi keyfiyyətlərini təqdir etdiyim nadir adamlardandır hökumətdə) ziyalılar və ictimai xadimlərlə görüşü zamanı neçə iştirakçı 14 iyul yürüşündən sonra hakimiyyətin rəqib siyasi partiya olan AXCP üzvlərini şərləyib, həbs etməsinin kənardan çox iyrənc göründüyünü deyib?
Bu addımların nə şəxsən İlham Əliyevə, nə də Azərbaycan dövlətinə başucalığı gətirmədiyini deyən olubmu? Repressiyaya əl atan hakimiyyətin bunu gücdən və özgüvəndən yox, çarəsizlik və acizlikdən etdiyini izah edən olubmu?
Hər şey bir tərəfə, sərhəddə döyüş gedən vaxtda, ölkə əhalisi koronavirusdan qorunduğu bir vaxtda kiminsə atasını, kiminsə övladını, kiminsə qardaşını və həyat yoldaşını günahsız olduğunu bilə-bilə şərləməyin utancverici, ayıb və çirkin addım olduğunu deyib, hakimiyyətin bundan ən qısa zamanda əl çəkib, siyasi məhbusları azad etməli olduğunu xatırladıbmı?
Həbsxanalarda nə qədər müxalif şəxslər vardı onsuz da. İndi də 14 iyul təxribatçılarını kənara qoyub, AXCP-nin onlarla üzvünü həbs etmək nə deməkdir?
O görüşdə iştirak edənləri işarələyək, soruşaq. Bəlkə də qaldırıblar bu məsələni?