Araz Gündüz
Yəqin ki, çoxlarınız mənim Milli Şuranın sıravi üzvü olduğumu bilmir. Düzdür, bu üzvlük formal xarakter daşıyır, çünki mən Rusiyada yaşayıram və burada yaşadığım 23 il ərzində ilk 11 ildə və son beş ildə, müəyyən maddi səbəblər ucbatından, Azərbaycanda olmamışam, yəni yalnız 2008-2015-ci illərdə ildə bir dəfə 15-20 günlük vətəndə ola bilmişəm, buna görə də, Milli Şuranın tətbirlərində iştirak etməmişəm. Ancaq bacardığım qədər sözümlə, yazılarımla Milli Şuraya dəstək verməyə çalışmıaşam, bunda sonra da, əlimdən nə gəlirsə edəcəyəm.
Hər hansı təşkilata qoşulmaq və ondan ayrılmaq da olar, burada heç bir qəbahət yoxdur. Ancaq qoşulmaqda da, ayrılmaqda da, ləyaqətli olmağı bacarmaq şərtdir. Ayrıldığın təşkilat haqqında “milli-mənəvi dəyərlər baxımından fikir ayrılığımız var” demək, iştirakçısı olduğun təşkilatın yerdə qalan üzvlərini təhqir etməkdir. Yəni mən mənəviyyatlı və əxlaqlı olduğum üçün, sizin kimi mənəviyyatsız və əxlaqsız insanlardan ayrılıram. Əgər doğrudan da, ayrıldığınız təşkilatda əxlaqsızlıq və mənəviyyatsızlıq görürsünüzsə və buna görə getmək qərarı verirsinizsə, bunu da açıq və aydın şəkildə bildirməyə borclusunuz, yoxsa, böhtan və iftira atmaq, uydurmalar danışmaq, hətta üstüörtülü qeyri-müəyyən sözlər danışmaq, əslində sizin ayrılmağınızın heç də, “mənəviyyat” məsələsi olmadığından soraq verir. Heç vaxt sevmədiyim şair Nüsrət Kəsəmənlinin misraları ilə desək: Getmək istəyirsən, bəhanəsiz get. Milli Şura da yəqin ki, ləyaqətli “məclis sahibi” kimi : “gələni qovlamazlar, gedəni saxlamazlar” prinsipi ilə hərəkət etməyə borcludur və mən bunun məhz belə olduğuna inanıram. Milli Şuraya gəldiyim ilk gündə dəyərli Cəmil bəyin inboxuma yazdığı bu sözləri diqqətinizə çatdırıram. (O günlərdə mən İsa Qəmbərin ünvanına etik çərçivələri aşmayan sərt bir tənqid yazmışdım və Cəmil bəyin ismarışında buna da toxunulur):
19.09.2014, 12:50
Araz bəy salam. Ümid edirəm yaxşısınız. Sizi Milli Şura üzvü olma\ınız münasibəti ilə təbrik edirəm. Bu günlərdə Sizin İsa bəy haqqında yazdığınızı oxudum. Düzünü deyim ki, təqdir etmirəm. İmkan daxilində dözümlü münasibət göstərmiyini xahiş edirəm.
Hörmətlə,Cəmill
Mən Milli Şurada olmağımla öyünürəm, çünki burada mənim ləyaqətli, əqidəli dostlarım var və Cəmil bəy kimi dünya şöhrətli alimin, görkəmli siyasi xadim və böyük vətənpərvər insanın Milli Şuraya rəhbərlik etməsi mənim üçün çox qürurvericidir.
P.S. Bu mənim mövqeyimdir, bəyənməyənləriniz ürək sözlərini etik çərçivələr daxilində bildirə bilər. Mənə ağıl öyrətmək istəyənləri, yaxud ara qarışdırmaq istəyənləri bəri başdan bundan çəkinməyə çağırıram.