Milli Şuranın sədri Cəmil Həsənli:
Koronavirusun 30-dan çox ölkəyə yayılması artıq öz təsdiqini tapıb. Azərbaycan səhiyyə orqanları inkar etsə də, ölkə bu təhlükənin içindədir. Təhlükə çoxşaxəlidir. Dünən səhm bazarlarında şok yaşandı. Bunun dərinləşəcəyi qaçılmazdır. Bir çox ölkələrdə əvvəlcədən hazırlanmış görüş və konfranslar təxirə salınır. Sərhədlər bağlanılır, hava reysləri dayandırılır. Azərbacan hakimiyyəti hələ nə baş verdiyinin ciddiliyini anlamır. Koronavirus təhlükəsinə qarşı ən müdafiəsiz vəziyyətə Azərbaycan əhalisi düşüb. Təsəvvür edin ki, İranda virusa yoluxmuş Gürcüstan vətəndaşı Azərbaycan ərazisindən təxminən 800-900 km yolu dolanaraq öz ölkəsinə gedir və sərhəddi keçən kimi məlum olur ki, adam koronavirusun daşıyıcısıdır. Gürcüstan səhiyyə, sərhəd və digər əlaqədar qurumlarının 10-15 dəqiqəyə müəyyən etdiyi qorxulu virusu niyə Azərbaycanın müvafiq qurumları aşağı yuxarı 30-40 saat ərzində müəyyən edə bilməyib. Çünki bu ölkəni səhiyyəsin də, sərhəd qurumların da İlham Əliyevin korrupsiya və rüşvət şəbəkəsi daxildən çökdürüb. Yadınızdadır bir neçə il əvvəl bütün Azərbaycanı dolanan 3 ton narkotika maşını bu koronavirusun daşıyıcısı kimi bizim sərhədlərdən “sağ-salamat” keçib Gürcüstanda həbs edilmişdi. Bunlar ölkəni idxala möhtac etdikləri üçün İranla sərhədi bağlaya bilmirlər. AZAL Cahagir Əsgərov bəyan etdi ki, dünya dağılsa da İrana uçuşları dayandırmayacaq. Çünki qarşıdan Novruz bayramı gəlir. Koronavirusun geniş yayıldığı İrandan minlərlə turisti daşıyıb Əliyevlərin hotel şəbəkələrində yerləşdirmək, ailə biznesini genişləndirmək, hakim ailəyə məxsus Silk Way-i varlandırmaq lazımdır. Səhiyyə xidmətindən, tibbi sığortadan, normal qidalanmadan məhrum edilmiş millət batsa da batsın. İndiyə qədər zəngin neft ölkəsində, yüz milyardlarla neft gəlirləri olan bir ölkədə tibbi sığorta yoxdur. Virusun yayıldığı 30 ölkənin içərisində Azərbaycan tibbi sığortanın olmadığı yeganə ölkədir. Amma bütün korrupsiya qalmaqalından, gizli ofşor hesablardan bunların adları çıxır. Ölkənin səhiyyəsi bərbad vəziyyətdədir. Koronavirusdan öncə korrupsiya ölkənin səhiyyəsini iflic vəziiyətinə salıb. Dövlət büdcəsi hesabına alınan dava-dərmandan xəstəxana və poliklinikalarda yara üzərinə qoymaq üçün adi pambıq və bint belə xəstələrə verilmir. Hamısı Əliyevlərin aptek şəbəkəsində satdırılır. Özəl tibb müəssisələrinin qiymətləri ilə vətəndaşların gəlirləri arasında qayçının ağzı açıq qalır. Şaxələnmiş korrupsiyanın baş memarı olan İlham Əliyev indiyə qədər tibbi sığortanın tətbiq edilməməsinin, xalqın ölüm virusu qarşısında müdafiəsiz qalmasının əsas baiskarıdır. Xaqın içdiyi suyun, qəbul etdiyi qidanın, udduğu havanın tərkibi heç bir ölkədə Azərbaycandakı kimi nəzarətsiz səviyyədə deyil. Hansı nəzarətdən söhbət gedə bilər, mənşəyi bəlli olmayan qida məhsullarının satıldığı bütün böyük ticarət mərkəzləri hakim ailəyə məxsusdur. Hakim ailəyə məxsus dərman şirkətlərinin ölkəyə gətirdiy dərman preparatlarının keyfiyyəti son dərəcə aşağıdır. Ən dəhşətlisi isə bilirsiniz nədir? Bu yaxınlarda aydın oldu ki, qorxulu xəstəliklərə qarşı zəruri olan, immuniteti gücləndirən vaksinlərin 1\3-i (üçdə biri) Azərbaycanda uşalara vurulmur. Görünür vaksinlərə ayrılan vəsaitləri di basıb yeyirlər. Dəhşətli mənzərədir. Azərbaycanlı uşaqlar Amerika məktəblərinə oxumağa gələndə aydın olur ki, 15 yaşına çatmış uşaqların sağlamlığı üçün Ümumdünya Səhiyyə Təşklatının zəruri hesab etdiyi 15 vaksindən 5-i Azərbaycan uşaqlarına vurulmur. Və bu da koronavirus və digər qorxulu epidemiyalara qarşı uşaqların immunitetinin aşağı olmasına təsir göstərir. Aşağıda siyahıda gödüyünüz hansı vaksinin qarşısında 2019-cu il qeyd edilibsə (MGV, HPV, HEP A, Varicella, Tdap) məhz, həmin vaksinlər Azərbaycanda uşaqlara vurulmur. Həmin vaksinlərin bəziləri haqqında məlumatlarla da tanış tanış ola bilərsiniz. Bu dəhşətli cinayətdir, son dərəcə dəhşətli!