Nəqliyyat naziri İbrahim Məmmədovu İsmayıl Ömərovun yerinə gətirməyə çalışır
Nəqliyyat naziri Ziya Məmmədov Ictimai Televiziyanı nəzarətə götürməyə çalışır. Bu barədə xəbəri “Reytinq” qəzeti yayıb. Məlumata görə, nəqliyyat nazirinə yaxın media mütəxəsisləri tərəfindən hazırlanmış dosyedə Ictiami Televiziyanın tamaşaçı auditoriyasının ilbə-il azalması, ictimai-siyasi verilişlərin və xəbər buraxılışlarının reytinqinin aşağı düşməsi əsaslandırılmış şəkildə öz əksini tapıb.
Dosyeni hazırlayan mütəxəsislər pulsuz seçki debatlarınü Ictimai Televeziyada aparılması faktına da diqqət yönəldərək, telekanalaın hazırkı heyyəti ilə bu işin öhdəsindən effektli gələ bilməyin mümkün olmadığını da əsaslandırıblar. Dosyenin sonunda Ictimai Televiziyanın imkanlarından qarşıdakı seçki ilində maksimum və effektli istifadə edilməsi üçün təkliflər paketi də hazırlayıblar. Həmin təkliflər paketinə görə ilk öncə Ictimai Televeziyanın rəhbərliyində ciddi kadr dəyişikliyi aparılmalı, faktiki olaraq yeni kollektiv formalaşdırılmalıdır.
Bu dosye ətrafında Ziya Məmmədov hakimiyyət mənsubları ilə ilkin müzakirələr aparıb. Nəqliyyat naziri Ictimai Televiziyanın önun nəzarətinə veriləcəyi halda bu telekanala ölkədəki nüfuzu curnalistlərin cəlb olunması və həmin media nümayəndələrinin iqtidara qarşı loyallığının təmin olunması ilə bağlı vəd də verib.
Ziya Məmmədov Ictimai Televiziyanın baş direktoru Ismayıl Ömərovun yerinə ən layiqli namizəd kimi isə Ibrahim Məmmədovun adını çəkib. Ziya Məmmədov Ibrahim Məmmədovun Ictimai Televiziyanın baş direktoru vəzifəsinə təyin olunacağı və onun nəzarətinə veriləcəyi tərzdə bu telekanalı aparıcı media orqanına çevirməyin mümkünlüyünə müsahiblərini inandıra bilib.
Ziya Məmmədovla Ibrahim Məmmədov arasında münasibətlərin tarixi bir neçə il əvvələ gedib çıxır. Bu iki şəxs arasında yaxın münasibətlərin yaranmasında əslən Göyçay rayonundan olan iş adamı, AST Şirkətlər Qrupunun sahibi Telman Ismayılovun böyük rolu olduğu iddia edilir. Telman Ismayılovun Ziya Məmmədovla yaxın münasibətləri olması kimsəyə sirr deyil. Həmyerlilərinə qarşı diqqətli şəxs kimi də tanınan Telman Ismayılovun Ibrahim Məmmədovla Ziya Məmmədov arasında münasibət qurmaqla həmyerlisinin yüksəlişinə öz tövhəsini verib.