Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan türkiyəli iş adamı Zəhra Dəmir “Park Çinar MTK” tərəfindən aldadılaraq dələduzluğa məruz qaldığını iddia edir. Sahibkarın sözlərinə görə, şirkət müqavilədə göstərilən on bir blokluq bir binanı bitirəcək qədər malı aldıqdan sonra heç bir məhkəmə qərarı olmadan müqaviləyə xitam verdiklərini, bütün bank hesablarına həbs qoyulduğunu bildirib. İş qadını bildirib ki, Apellyasiya Məhkəməsi onun iddiasını qismən təmin edərək mallarının sahibkara qaytarılması barədə qərar çıxarsa da mallarını ala bilmir. Deyir “Park Çinar MTK” nı müdafiə edən “Bakı” Hüquq Mərkəzi Ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədova və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırova məxsus olduğundan hüquq mühafizə, məhkəmə “sizin haqlı olduğunuzu bilirik, amma əlimizdən heç nə gəlmir” deyə bildiriblər…