Xatırlayırsınızsa, yüksək rütbəli məmurlar arasında olan didişmələr haqda yazmışdıq. Parlamentin deputatları ölkənin PA-nın rəhbərliyi və şöbə müdirləri ilə olan intriqalarına gədər toxunulmuşdur. Deputatlar deyir ki, PA-nın rəhbərliyi və şöbə müdirlərinə nifrəti də birinci xanımın və İlham Əliyevin onlara antisimpatiyasından qaynaqlanır.
Parlamentdə deyirlər ki, İlham Əliyev və Mehriban Əliyeva, PA rəhbərliyini tam tərkibdə sıradan çıxarmaq, özünə yeni komanda formalaşdırmaq fikrindədir. Onlar, bu vəzifələrə təyin olunacaq adamların təxmini siyahısını da tərtib ediblər. Deyəsən, Əliyevlərin bu planından ən çox məmnun olan elə deputatlardır.
Parlament və Administrasiya arasında dərin ziddiyyətin olduğunu hakimiyyət dairələrində bilməyən yoxdur. Nifrət hissi o dərəcədə dərinləşib ki, MM deputatları PA işçilərini küçə söyüşləri ilə təhqir etməkdən belə çəkinmirlər.
Bəli, artıq iqtidar daxilində güclü toqquşmanın olduğu kimsəyə sirr deyil. Bunu bir az əvvəl mətbuatda bir-birinə zidd, ittiham dolu açıqlamalar verən Siyavuş Novruzovun, Eldar İbrahimovun, Əli Həsənovun və çıxışlarından da hiss etmək mümkündür. Daha hakimiyyət daxilindəki intriqalar açıq müstəviyə keçir, hər kəs də öz mesajını mətbuata çıxarıb əks tərəfi şantaj etməyə çalışır. Görünür, məsələ o dərəcədə dözülməzdir ki, prezident bunu milyonların qarşısında açıqca etiraf etməyə başlayıb. Amma “iqtidarda islahatlara mane olan adamlar var” demək də adamı məsuliyyətdən xilas etmir. Axı hər kəs bilir ki, klanlararası müharibəni məhz İlham Əliyev özü yaradıb. Onu məhz bir mif olaraq yaradıb ki, dar məqamda məsuliyyəti onların üzərinə yükləyib özünü təmizə çıxarmağı bacarsın. Hakimiyyətdəki qruplaşmalar nədən bir-birinə qarşı açıq savaşa keçib? Çünki siyasi vəziyyət kulminasiya nöqtəsinə yaxınlaşır və hər kəs bu mərhələdə qurban olmaqdan qorxur. Ancaq xalqın artan narazılığı qarşısında başını itirmiş hakimiyyət anlamır ki, bu mərhələdə kimsənin vəzifəsini əbədi sığortalamaq şansı yoxdur. Yaxın zamanda bu hökumətin tam tərkibdə istefaya getməsi gündəmə gələcək. O günə az qalır. 19 oktyabr mitinqi həqiqəti bir daha ortaya qoyacaq.