Qarabağ qazisi, siyasi məhbus Babək Həsənovun həyatına təhlükə var. Bu barıdə məlumatı AXCP sədri Əli Kərimli paylaşıb: “Penitensiar Xidmət izahat verməlidir. Qarabağ qazisi, siyasi məhbus Babək Həsənovun həyatı təhlükədədr. Aldığımız məlumata görə, Babək bəy 6 nömrəli cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra 3 gündür ki, “karsda” saxlanılır və ona işgəncə verilir. Xatırladım ki, Babək bəy həbs olunduqdan sonra “bandotdel”dә də işgəncəyə məruz qalmışdı. Yəqin ki, xatırlayırsınız, işgəncəyə hazırlaşanlara “nə edirsiniz edin, ancaq onurğa sütunumda erməni gülləsinin yarası var, ora toxunmayın” deyən Babək bəyi yerə yıxıb kürəyinə – yaralı onurğa sütununun üstünə çıxmışdılar. Babək bəyin ailəsilə təcili əlaqəsi təmin edilməlidir ki, biz onun başına gələnləri dəqiq bilək. Babək bəyə yenidən işgəncə verilməsi haqda məlumatları prokurorluq dərhal araşdırmalı, Penitensiar Xidmət izahat verməli, işgəncə verənlər cəzalandırılmalıdır!”.