Spikerdən növbəti “sürpriz”
Ötən həftə bizim Parlamentlə bağlı daha bir hekayətlə yadda qaldı. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədova işğal olunmuş Krıma gəlməyi təklif etdi…
İndi oxucu anlayır ki, parlamentin spikeri Oqtay Əsədov və ailəsinin nədən Rusiyada, ümumiyyətlə, xaricdə mülkiyyət sahibi olmağa mənəvi haqqı yoxdur. Oqtay Əsədov və ailəsinin çoxdan başqa ölkələrin xüsusi xidmət orqanlarının toruna keçdiyini təxmin etmək çətin deyil. Bizim spikerin həyat yoldaşı Zemfira Əsədova Rusiyanın hər yerində striptiz-barlara sahibdir, ortada bu faktla bağlı böyük bir qovluq var.
Adətən sovet dövründən bu günə belə şəxslərin nüfuzu hər zaman kənar müşahidələr və rəylər əsasında müəyyən olunub. Özümüzə sual verək: həyat yoldaşı belə qaranlıq, dolaşıq işlərin içində olan spiker Oqtay Əsədov kimin maraqlarını qoruyar? Cavab sadədir: “qovluqlar” kimin əlindədirsə, onun maraqlarını.
Deputatların etik davranış kodeksi lazımdırmı?
Bax buna görə də, məclisdə xalq tərəfindən xüsusi seçilmiş nümayəndələr üçün xüsusi davranış kodeksi (o kodeks var, amma spiker öz qanunlarını belə nəzərə almır) olmalıdır. Qanunla millət vəkilləri və ailələrinin xaricdə əmlak və biznes sahibi olması qadağandır. Üstəlik, Oqtay Əsədovun vəziyyətində halal qazancdan deyil, xalqın oğurlanmış pullardan söhbət gedir.
Matvienko və Əsədovun görüşündə iştirak edənlər etiraf edirlər ki, bu görüş onlar üçün Milli Məclis adına əsl utanc olub. Oktay Əsədov bu qadının qarşısında suya düşmüş pişik, qurda rast gəlmiş qorxaq quzu, əzazil müəllim qarşısında oturmuş günahkar ikinci sinif şagirdi kimi tir-tir əsirdi. Bu, bir ölkə adına ayıb idi. Görüşün başlanğıcından sonuna kimi danışıqların tonunu müəyyən edən səlahiyyət sahibi Valentina Matvienko idi.
Bəli, spikerin qorxacağı var… Bir zənglə, bir barmağın vuruşu ilə Matvienko onun həyat yoldaşını cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bir işarə ilə onu “Triumf Palace”dakı bahalı sarayından götürüb hansısa istintaq təcridxanasına apara bilərlər.
“Diktant” diktəsi ilə alçaldılma
Oqtay Əsədov özünü nəfsinə satmaqla, Milli Məclisi də başqa bir dövlətin xüsusi xidmət orqanlarının boşqabına qoymuş oldu. Zemfira Əsədova və spiker ailəsinin digər üzvlərinin bu illər ərzində Moskva fəaliyyətlərinin ən kiçik detalları belə Rusiya tərəfinə məlum idi. Siz başqa bir ölkənin parlament rəhbərinin “birinci xanımının” Bakıda priton saxladığını bilsəydiniz, ona hörmət edərdinizmi? Rusiya deputatları niyə bizim Milli Kaprizə hörmət etməlidirlər ki?
Bax buna görə də, Matvienko prezident Əliyevə “qlobal diktant”da iştirak etmək təklifi vermək cəsarəti tapdı. Oqtay Əsədovun Putinə Azərbaycan dilində “diktant”da iştirak etmək təklifi verəcəyini düşünə bilirsinizmi? Gülməlidir, eləmi?
Videodan görüşün necə keçdiyinə özünüz baxın. Oqtay Əsədov Matvienkonun gözündən yayınmağa çalışır, başqa necə ola bilərdi ki… Onun qarşısında Əsədovların əmlak satın aldıqları və pritonlarına sərmayə yatırdıqları Moskvanın sahibəsi durur. Görüşün ən vacib məqamlarından biri də Əsədovun başqa bir səfeh uydurmanı səsləndirdiyi məqam idi. O, utanmadan Rusiyanın bizim müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olduğunu iddia etdi… Uzun illərdir diplomat təcrübəsi ovxalayan səfir Polad Bülbüloğlu da dönüb diqqətlə spikerə baxdı. Bəlkə, elə o da bizimlə eyni şeyi düşünürdü. Oqtay Əsədovun Azərbaycanın müstəqilliyi ilə bağlı gələcək müzakirələr zamanı məlumatı üçün qeyd: Rusiya Azərbaycanın müstəqilliyini 1992-ci il aprelin 10-da, Azərbaycan BMT-nin üzvü olduqdan sonra tanıyıb, o zaman ki, müstəqilliyimizi bir çox ölkə tanımışdı …
Görüşün digər bir maraqlı məqamı: Rusiya Federasiyası Şurasının sədri Valentina Matvienko Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların qorunması haqqında müqavilə bağlamağı təklif etdi. Bu, birbaşa ona işarə idi ki, Əsədov ailəsinin oğurluq pullarla satın aldığı priton və əmlak qanunla qorunub saxlanılmalıdır.
Matvienkonun çıxışından sitatı olduğu kimi veririk: “İnanırıq ki, qarşılıqlı investisiyaların qorunması ilə bağlı müqavilənin (Azərbaycan və Rusiya Federasiyası tərəfindən) imzalanması vaxtı çatıb. Bu investisiya fəaliyyətini gücləndirməyə imkan verəcək, biznes üçün böyük dəstək olacaq ki, bu da risklərin azaldılması deməkdir.”
Biz Matvienkonun hansı risklərə işarə etdiyini bilirik. Onu da bilirik ki, bizim Milli Kaprizimizin spikeri bizi hansı rəzil duruma gətirib çıxarıb.
#HEBSET kampaniyası və ya Oktay və Zemfira Əsədovlar xalqı necə alçaltdılar
Bu xalq tarixinin ən çətin, ən rüsvayçı dövrünü yaşayır. Ən ali qanunverici orqanımızın bütün Rusiyada rüsvay olmasını necə ört-basdır etmək olar? Əsədovlar ailəsinə dünyanın hər yerində bu qədər villa, mağaza, səhmlər və lüks mənzillər yetərli olmadımı, pritona da sərmayə qoydular! Bəli, bəli, məhz pritona. Olanlar yetmədi, onlar Rusiyada striptiz -barlar şəbəkəsi açmağa qərar verdilər. Həmin barlardan biri Moskva şəhərinin tarixi Bakı küçəsi 29 ünvanında “qürurla” dayanır. Küçəyə böyük Azərbaycan xalqının şərəfinə bu ad verilmişdi, amma təəssüf ki, spiker Oktay Əsədov bunu anlamadı.
Bunu indi Bakı küçəsindəki bütün taksi sürücüləri bilir. Parlament sədrinin mülkiyyət sahibi olduğu bu priton artıq bir məsxərə obyektiinə çevrilib. Ora qonşuluqda yaşayan diaspor üzvlərimiz də haqlı olaraq bu rüsvayçılığa qəzəblidirlər. Xalqımızın maraqlarını müdafiə edən azərbaycanlıların Bakı küçəsindəki Oqtay Əsədova məxsus “Kapriz” barında Ermənistan separatçılarının növbəti şənliklərini keçirdiyini eşidən zaman nələr hiss etdiklərini düşünün…
Sosial şəbəkələrdə # HƏBSET, # MilliKaprızəYox və başqa aksiyalar aparılır. Bu aksiyalarda Azərbaycanın bir çox görkəmli xadimləri, o cümlədən İlyas İsmayılov və başqaları çıxış edirlər. Hamı yekdil olaraq bildirir ki, xalqın hisslərinin bu şəkildə təhqir olunmasının və azərbaycanlıların ləyaqətinin alçaldılmasının qarşısını almaq lazımdır. Qəzəbli insanlar baş deputat Oqtay Əsədovun və həyat yoldaşı Zemfira Əsədovanın həbsini tələb edirlər. Doğrudan da, Parlament üstündəki qara ləkəni yalnız bu şəkildə yuya bilər.
Azerbaycansaati. tv