Bakı Şəhər İcra Hakimiyyəti aprelin 3-də Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Milli Şura martın 28-də BŞİH-ə müraciət edərək, aprelin 6-da Yasamal rayonundakı Məhsul stadionunda, saat 15-17 arası mitinq keçirməyə razılıq verilməsini istəmişdi.
BŞİH cavab məktubunda mitinqə razılıq verilmədiyini göstərib. Səbəb kimi isə əvvəlki imtina cavablarında yazılanlar qeyd olunub.
Milli Şura yaranmış vəziyyəti dərhal müzakirə edib və aprelin 20-nə növbəti mitinqin təyin edilməsinə qərar verib.
BŞİH 6 aprel mitinqi ilə yanaşı Müsavat Partiyasının 7 aprelə təyin etdiyi yürüş-mitinqə də razılıq verməyib. Bu barədə Müsavat rəhbərliyi məlumat yayıb.