AXCP-yə və partiyanın sədri Əli Kərimliyə pul göndərməkdə suçlanaraq 7 il 3 ay azadlıqdan məhrum edilən Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmovun özü ilə yanaşı, qohumları da cəzalandırılıb.
S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli və daha üç nəfər AXCP funksioneri haqqında fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılsa da, onun mətni tam elan olunmamışdı. İndi məlum olur ki, Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmdə S.Rüstəmlinin qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.
AzadlıqRadiosu müsadirə olunan əmlakların siyahısını təqdim edir:
– Bakı şəhəri, Z.Xəlilov küçəsi 125 ünvanındakı 39 saylı mənzil,
– S.Rüstəmovun qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmovanın adına – Gədəbəy şəhəri, 7C ünvanında ikimərtəbəli qeyri-yaşayış sahəsi,
– Gədəbəy-Novosaratovka şosesinin kənarında 0.5 ha torpaq sahəsi,
– S.Rüstəmovun qardaşı Valeh Rüstəmovun adına – Gədəbəy şəhəri, 0.5 ha torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsi,
– Gədəbəy şəhəri, S.Vurğun küçəsi, «Köhnə bazar» adlanan ərazidə 70 kvadratmetrlik qeyri-yaşayış sahəsi,
– Gədəbəy şəhəri, Nizami küçəsi 71 ünvanında fərdi yaşayış evi,
– Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində 0.6 ha torpaq sahəsi,
– Gədəbəy şəhərində 0.5 ha torpaq sahəsi,
– S.Rüstəmovun qardaşının həyat yoldaşı Rüxsarə Rüstəmovanın adına -Gədəbəy rayonu, Qumlu massivində 0.1 ha torpaq sahəsi,
– Gədəbəy şəhərində 0.2454 ha həyətyanı torpaq sahəsi,
– S.Rüstəmovun bacısı Yeganə Rüstəmovanın adına – Abşeron rayonu, Novxanı kəndində 0.1 ha, Qobu qəsəbəsində 0.08 ha torpaq sahələri,
– S.Rüstəmovun qardaşı Taleh Rüstəmova məxsus – Gədəbəy şəhəri, M.Quliyev 7 ünvanında fərdi yaşayış evi,
– Bakı şəhəri, Zərdabi prospekti, ev 7, mənzil 13,
– Bakı şəhəri, Xətai rayonu, Vunq Tay küçəsi 11a, mənzil 22.
S.Rüstəmovun ailə üzvləri bildirib ki, müsadirə olunan əmlaklar uzun illər öncə alınıb, S.Rüstəmova da heç bir aidiyyəti yoxdur: «Hətta Gədəbəydə atamızdan qalan evi də müsadirə ediblər, belə qansızlıq olar?».
Azadlıq Radiosu