Türkiyənin paytaxtı Ankarada polis MİT (Milli Xəbəralma Təşkilatı) əməkdaşını güllələyərək öldürüb. ANS PRESS “CNN Türk” iistinadən xəbər verir ki, hadisə Ankara Yenimahalle məhəlləsindəki bir marketdə baş verib. Məlumata görə, polis işçisi Nafi İ. aralarında ədavət olan MİT əməkdaşı İsmət C.yə 5 dəfə xidməti tapançasından atəş açıb.
Xəstəxanaya çatdırılan İsmət C.nin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan polis Nafi İ. Eskişehir şəhərində polis tərəfindən ələ keçirilib.