Gürcüstanda həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı yenidən müraciət yayıb.
O, müraciətində vurğulayıb ki, hələ həbsindən 6 ay əvvəl ona qarşı Gürcüstan və Azərbaycanda kampaniya başlayıb. Fərman Ceyranlının deməsinə görə, sifariş Bakıdan gəlib:
“İki nəfər ölən xəstənin qohumlarını bu prosesə cəlb etmişdilər. Xəstələrin diaqnozu qaraciyər serrozu və 4-cü dərəcəli xərçəng idi. Durumları çox ağır, kritik idi. Ölümlərindən 7 ay keçdikdən sonra qohumları şikayətə təhrik edilmişdilər. Özü də eyni vaxtda. Baxmayaraq ki, biri Kutaisidən idi, biri də Tbilisidən. Eyni rayon prokurorluğuna şikayət etmişdilər. Meyitin yarılmasına isə razılıq verməmişdilər. Bütün bunlar mənə qarşı hazırlanan planlı aksiyadan xəbər verirdi”
Fərman Ceyranlı iddia edir ki, bütun bu proseslərin ssenarisi Bakıda hazırlanıb.Onun deməsinə görə, prosesdə hər iki ölkənin hüquq mühafizə orqanları iştirak edib.
Fərman Ceyranlı müraciətində vurğulayıb ki, prokurorluğun yaratdığı ekspert qrupunun və səhiyyə komisiyasının yoxlamalarına əsasən heç bir nöqsan aşkar edilməyib:
“Eyni zamanda maliyyə məsələlərində də pozuntu yox idi. Mənə verilən ittihamda vəzifəm bilərəkdən yanlış, klinikanın drektoru göstərilmişəm. Halbuki, director başqa adamdır, baş həkim də başqa adamdır. Mən iki təsisçidən biriyəm. İşdə qrup halında dələduzluqdan söhbət gedir.Nə qrup var, nə üzvləri. Axı heç olmasa məndən başqa biriləri olmalıdır ki, qrup olsun.Oarada yazılıb ki, cərrahın lisenziyası yoxdur.Bu da yalandır. Var sürəti də onlardadır. Bəs niyə belə edirdilər? Məni həbs etmək üçün. Beləliklə nə maddə var, nə də cinayət. Arxamda dövlətim dayanmalıdır. O isə məni sifariş verib”