Ölkə başçısı yeni qurum yaratmaqla onların işəgötürmə səlahiyyətini əllərindən alır
Yaxın vaxtlarda Azərbaycanda dövlət qurumu yaradılacaq. Bu barədə “Azadlıq”a hakimiyyətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu qurumun Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin (TQDK) bazasında yaradılması gözlənilir.
Daha doğrusu TQDK-nın səlahiyyətləri daha genişləndirələcək. Qurum tələbə qəbulu ilə yanaşı dövlət qulluğuna işəgötürməni də həyata keçirəcək. Yəni, bundan sonra dövlət qurumlarının işəgötürmə səlahiyyəti olmayacaq. Mənbənin sözlərinə görə, bu ideya hakimiyyətdə ciddi narazılıq yaradıb. Çünki bu komitənin yaradılması milyonlarla manat vəsaitin məmurların əlindən çıxması demək olacaq. Sirr deyil ki, bu gün Azərbaycanda dövlət qurumlarına işəgötürmələr müəyyən “anlaşmalar” nəticəsində baş tutur. Bu “anlaşmalar”ın gətirdiyi gəlir isə milyonlarla manatla ölçülür. Bu baxımdan məmurlar superkomitə ideyasına ciddi təpki göstərirlər. Lakin qaynağımız iddia edir ki, məmurların dirənişinə baxmayaraq belə bir qurumun yaradılması realdır. Mənbənin sözlərinə görə, əslində bu işəgötürmənin gətirdiyi qazancın bir əldə cəmlənməsi anlamına gəlməlidir.
Informasiya şöbəsi