Milli Şuranın sədri Cəmil Həsənliyə qarşı kibercinayət baş verib. Onun feysbuk səhifəsi ələ keçirilib və səhifədəki bütün paylaşımlar silinib. Səhifəni ələ keçirənlər həmçinin, onu izləyənlərin sayını, bloklayaraq, 70 mindən çox azaldıblar.
Cәmil Hәsәnli sәhifәsinә nәzarәti bәrpa edәndәn sonra oradan bu hadisәyә münasibәt bildirib. C.Hәsәnli yazıb ki, sәhifәyә nәzarәt bәrpa olunsa da, bloka salınan izlәyicilәri blokdan çıxarmaq vә silinәn paylaşımları bәrpa etmәk hәlә mümkün olmayıb.
Milli Şura sәdri üzlәşdiyi kibercinayәtә görә hakimiyyәti ittiham edib: “Ölkənin və dövlətin təhlükəsizliyini təmin etməli olan orqanlar Əli Kərimlinin, mənim, digər tənqidi fikirlər söyləyənlərin səhifələrin dağıtmaqla məşğuldurlar. Oğurluq bunların təbiətidir, əxlaqıdır, həyat tərzidir, idarəçilik formasıdır. Ölkənin sərvətlərin oğurladılar, neft pullarını oğurladılar, seçicinin səsini oğurladılar, büdcə vəsaitlərini oğurladılar, müdafiə üçün ayrılmış vəsaitləri London ofşorlarına oğurluq yolla daşıdılar, müdafiə sənayesi, keçmiş MTN kəşfiyyat orqanları üçün ayrılmış vəsaitlər oğurlanıb gizli hesablara keçirildi, usanmadılar, utanmadılar. İndi də profil oğurluğuna keçiblər. Bu da cinayətkarlığın yeni forması – kibercinayətkarlıqdır. Ayrı bir yol bilmirlər, yolun düzünü qoyub əyrisi ilə getməyə adətkərdə olublar. Ölkənin inkişaf strategiyasını müəyyən etmək üçün deyil, müxalifət liderlərinin, tənqidçi dairələrin səhifələrini, profillərini oğurlamaq üçün “beynəlmiləl” mütəxəssis qurupları, kibercinayətkar dəstlər yaradırlar. Bunlar özləri bu qabiliyyətin sahibi deyil. Dəvət olunmuş xüsusi qrupların əli ilə bu cinayətləri törədirlər. Amma nahaq zəhmət çəkirlər, demokrasidə çarə tükənməz. Biz də bu rejimin oğuru əməllərini ifşa etmək üçün yeni üsullar, yeni yollar tapacağıq”.

AXCP sədri Əli Kərimli bu hadisəyə münasibət bildirərək, hakimiyyətin belə ucuz əməllərlə Cəmil Həsənlini susdura bilməyəcəyini qeyd edib:
“Acgöz oğrular indi də Milli Şuranın sədri Cəmil Həsənlinin səhifəsini ələ keçiriblər. Səhifəni ələ keçirən kimi də başlayıblar onu bəyənmiş adamları blok etməyə. Qısa vaxtda səhifəni izləyənlərin sayını 108 mindən 34 minə endiriblər. Səhifədəki yazılarını, videoçıxışlarını siliblər. Növbəti dəfə etiraf edirlər ki, oğrudurlar, cinayətkardırlar (indi etdikləri də kibercinayətdir), siyasətə təsadüfən soxulmuş, rəqabət qabiliyyəti olmayan bacarıqsızlardır. Cəmil Həsənlinin səhifəsini ələ keçirə bilərsiniz, ancaq Cəmil Həsənlini susdura bilməyəcəksiniz. O, danışacaq və yazacaq, sizi ifşa edəcək, xalqımız da bir yolunu tapıb onu oxuyacaq, dinləyəcək. Çünki xalqımız sizdən də, sizin yalanlarınızdan da bezib, azadlıq, doğru söz eşitmək istəyir. Bütün qanunsuz cəhdləriniz əbəsdir. Xalqımız sizdən qurtulmağın yolunu tapacaq”.
Yada salaq ki, bugünlərdə AXCP sədri Əli Kərimlinin də feysbuk səhifəsini ələ keçirməyə cəhd olmuşdu. Ə.Kərimlinin sözlərinə görə, səhifəni cəmi 30 dəqiqəyədək onun nəzarətindən çıxara bilmişdilər. Bununla belə həmin vaxt ərzində səhifədəki bir neçə aylıq paylaşımları silə və izləyənlərini bloklayaraq, 3 mindən çox azalda bilmişdilər.