Fəzail Ağamalı da “zəhərlənmə şousu”nun aparıcı fiquru oldu
Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdan Hafiz Hacıyevə dəstək gəldi. Fəzail Ağamalı da Hafiz Hacıyevin Elçibəyin zəhərlənməsilə bağlı absurd iddiasına qahmar çıxdı.
Bir partiya sədrinin, deputatın, özünə hörmət qoyan siyasətçinin cəmiyyətdə qeyri-ciddi, gülüş obyekti kimi qəbul edilən bir şəxsin absurd iddiasına dəstək verməsi əlbəttə verməsi onun səviyyəsinin göstəricisidir. Fəzail Ağamalı da Hafiz Hacıyevin səviyyəsini seçdi.
Zatən, Fəzail Ağamalıdan bunu gözləmək olardı. Elçibəyin tələbəsi olmuş, sonradan ona dönük çıxmış bir adam əlbəttə ki, Hafiz Hacıyevə dəstək verməli idi. Biz hələ 70-ci illərdə AVP sədrinin Əbülfəz Elçibəyin üzünə durması, onun əleyhinə ifadə verməsi faktını demirik. Görünür, Fəzail Ağamalı qondarma cinayət işlərində əsas “fiqur” olmaqdan zövq alır. Yeri gəlmişkən, ortada sabiq deputat Hüseyn Abdullayevi tutdurmaq faktı da var. Fəzail Ağamalı o zaman Hüseyn Abdullayevə qurulan tələdə böyük rol aldı və tapşırığı uğurla yerinə yetirdi. Hüseyn Abdullayev həbs olundu.
Bəlkə də AVP sədri Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işində də yer almaq, şərləmək, böhtan atmaq və hakimiyyətində hədəfində olan Əli Kərimlinin həbsinə nail olmaq istəyir. Köhnə şakərindən əl çəkə bilmir zavallı…
Hikmət