Qəzzafini devirənlər indi də Əsədin əleyhdarlarına təlimlər keçir
Bəşər Əsəd rejimiylə mübarizə aparan suriyalı müxaliflər üsyan başlanan gündən bəri əllərində ağır silahlar olmamasından və bu səbəblə də Suriya ordusuna qarşı uğur qazana bilməməsindən şikayətlənir. Müxaliflərin başqa bir çətinliyi də rejimin hava hücumları qarşısında aciq qalmasıdır. İsrail kəşfiyyatına yaxınlığıyla tanınan “DEBKAfiles” saytı Suriya müxalifətinin bu iki mövzudakı çatışmazlıqlarının aradan qaldırılmaq ərəfəsində olduğunu bildirib.
Saytın xəbərinə görə, müxaliflərə Liviyadan 20 ədəd “T-62” tankı göndərilib. Xəbərdə pulu Qətər dövləti tərəfindən ödənilən tankların ötən həftə Türkiyənin İskəndərun limanından Suriyanın şimalındakı müxaliflərə gönərildiyi deyilir. “DEBKAfiles” bir neçə gün əvvəl də müxaliflərə təyyarə və vertolyotları zərəsizləşdirmək üçün çiyindən atılan “Stinger” raketləri göndərildiyini yazmışdı. Əfqanıstanda keçmiş SSRİ-nin hava hücumlarına qarşı mücahidlər tərəfindən istifadə edilən raketlər indi də Əsəd rejiminə aid qırıcıların vurulmasında istifadə olunur. Sayt dünən hökumət qüvvələrinə aid MİQ qırıcı təyyarəsinin də “Stinger” raketi ilə vurulduğunu bildirib.
Bundan başqa “Reuters” xəbər agentliyi Liviyada Müəmmər Qəzzafini devirən müxalif döyüşçülərin bir qisminin indi də Suriyadakı üsyançılarla eyni cəbhədə yer aldığı barədə məlumat yayıb. Suriyada olan Xuşam Necar adlı bir liviyalı üsyançı “Reuters” təcrübəli müxaliflərin suriyalı üsyançılara təlimlər keçdiyini deyib.