Hollandiyada yaşayan bir qrup həmyerlimiz siyasi məhbus ailələrinə maddi dəstək aksiyasına start verdilər. Siyasi məhbus ailələrinin üzləşdiyi maddi çətinlikləri nəzərə alaraq, aksiya hər bir siyasi məhbus ailəsinə hər ay 200 AZN məbləğində yardımı nəzərdə tutur. Bu məbləği yığmaq üçün hər kəs ətrafında olan insanlarla birlikdə bir qrup yaradaraq, bu aksiyada aktivlik göstərən Azərbaycanın Niderland Krallığındakı keçmiş konsulu Nahid Cəfərov, keçmiş siyasi məhbus Rəsul Mursəlov, siyasi fəallar Samir Qasımov və Eltac Əlisoyla facebook üzərindən əlaqə yarada və məbləği siyasi məhbusun ailəsinə göndərə bilər. Bundan əlavə, adları yuxarıda qeyd edilən siyasi fəalların yaratdığı qruplara da qoşulmaq mümkündür. Bunun üçün aşığıda qeyd edilən bank hesablarından birinə aylıq 10 avro məbləğində pul köçürməklə aksiyaya qoşula bilərsiz. Aksiyaya qoşulduğunuz halda həmin qruplar tərəfindən sizə aylıq hesabatlar təqdim olunacaq. Hazırda 4 ailəni, o cümlədən siyasi məhbus şair Tofiq Həsənli və jurnalist Əfqan Muxtarlının ailələrini aylıq 200 AZN məbləğinda yardımla təmin etmək mümkün olmuşdur.
Yaradılmış qruplara dünyanın müxtəlif ölkələrindən, o cümlədən, ABŞ, Almaniya, Avstriya, Avstralliya, Finlandiya, İsveçrə, Norveç, Rusiya və digər ölkələrdən soydaşlarımız qoşularaq, müxtəlif məbləğdə və aylıq əsasda yardımlar etdilər.
Avropa İttifaqı
Bank: ABN AMRO
N.Jafarov
Hesab nömrəsi: NL 89 ABNA 0475039483
BİC- ABNANL2A
Türkiyə Cumhuriyyəti
Bank: Finance Bank
Nasimi Huseynov
Hesab nömrəsi: TR16 0011 1000 0000 0071 6488 82
Rusiya Federasiyası
Bank: Sberbank
Eltac Əlisoy
4276-3800-6652-7693