AXCP sədri Əli Kərimli İlkin Rüstəmlinin həbsdə təzyiqlə üzləşməsindən yazıb və hər kəsi ona dəstək olmağa çağırıb:
“Azərbaycan dövləti ləğv olunub? Bu ölkədə artıq insanın başqasını ölümlə hədələməsi cinayət sayılmır? Bu dövlət ləğv olunmayıbsa, ölkədə hüquq varsa, niyə prokurorluq ölümlə hədələmə faktına görə cinayət işi başlamayıb? Milli Məclis niyə bu dəhşətli hadisəyə göz yumur? Bəs Konstitusiya və “Quran”a əl basıb hər bir vətəndaşın hüquqlarını qoruyacağına and içmiş İlham Əliyev hara baxır?
Dostlar, gənc siyasi məhbus, “Əsgər ölümlərinə son!” mitinqinin təşkilatçısı İlkin Rüstəmzadəyə hamılıqla dəstək olmalıyıq. İlkin bəy çirkin təxribatla üzləşib. Konkret adları məlum olan vəzifəli şəxslər bu gənci ölümlə hədələyirlər. İlkin özü bu barədə ictimaiyyətə müraciət edib. Xalq olaraq bu fədakar və cəsur gəncə sahib çıxmağı bacarmalıyıq”.