Fransız polisi çərşənbə günü avtomobili bir qrup əsgərin üzərinə sürməklə altı nəfərin yaralanmasına səbəb olan sürücünü axtarır.
Polis hadisənin baş verdiyi Levallois-Perret bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirib. Həmçinin şüphəlinin müəyyən etmək üçün ərazi yaxınlığından yerləşən nəzarət videolarına baxış keçirilir.
Şahidlərin verdiyi ifadələrə görə, hadisə baş verməmişdən bir müddət əvvəl dalanda şüphəli avtomobilin dayandığını görüb.
Paris prokurorluğu bildirib ki, polisin avtomobilin sürücüsünü axtardığı müddətdə terrora qarşı istintaq başladılıb.