Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il iyul ayının 1-nə 93,1 bənd təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən, bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 1,5 faiz bəndi azdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 1,4 faiz bəndi artıb.
Real effektiv məzənnənin əsasən sabit qalmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları – Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının dollarla müqayisədə ciddi dəyişiklik göstərməməsidir. Bu tendensiyanın 2017-ci ilin sonunadək davam etməsi gözlənilir. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə 74,2, maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə 153,1 bənd təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 bənd olub.
Azadliq.info