Əslində Pakistan xalqı da özünü aldada, “Kəşmir boyda dərdimiz var”, “1.3 milyard əhalisi olan Hindistanla az qala savaş şəraitindəyik, düşmən də bizi oxuyur, yaxşı deyil”, “Sabitliyi pozub, hindli dəyirmanına su tökməyək”, “Hakimiyyət dəyişəndə nə olacaq ki? Təzə gələn guya rüşvət almayacaq?” deyib korrupsioner baş nazir Nəvaz Şərifə dözə bilərdi.
Amma dözmədi, Panama sənədlərinə görə ailə üzvləri ofşor hesablara pul daşıyan baş naziri hakimiyyətdən uzaqlaşdırdı, üstəlik, siyasətlə məşğul olmaq hüququndan ömürlük məhrum etdi. Baxın da, kim istəyir Avropadan, lap uzaqbaşı qonşu Gürcüstandan nümunə götürsün, kim də istəyir, müsəlman qardaşlarımız olan pakistanlılardan. Bir şey aydındır ki, daha belə davam etmək mümkün deyil!