Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin IV üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanla Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olunub.
Həmçinin yaxın zamanda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb.