TuranBank” ASC 2017-ci ilin birinci yarısını 948 min manat zərər ilə başa vurub.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində Bankın cəmi faiz və qeyri faiz gəlirləri 17 milyon 657 min manat, xərcləri isə 17 milyon 548 min manat təşkil edib. Nəticədə bank 109 min manat əməliyyat mənfəəti əldə edib. “TuranBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 57 min manat ayırdığından ili 948 min manat zərər ilə yarılayıb.