Baş verənlərin tender prosesində yeyintilə bağlı olduğu ehtimal edilir
Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri, eyni zamanda, dərsliklərin çapı və nəşri üzrə tender komissiyasını sədri Faiq Şahbazlının işi çətinə düşüb.
Nazirlikdəki mənbənin “Azadlıq”a verdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları dünən Tender Komissiyasının Zülfiyyə adlı katibinin iş otağının qapısını möhürləyib.
Nazirlikdə qapının prokurorluq əməkdaşları tərəfindən möhürlənməsinin səbəbləri barədə dəqiq məlum olmasa da, baş verənlərin tender prosesində yol verilmiş yeyinti ilə bağlı olması ehtimalı var. Mənbənin sözlərinə görə, “Çaşıoğlu” və “Letterpress” nəşriyyatları tenderdə yol verilmiş qanunsuzluqlarla bağlı ötən gün apelyasiya şikayəti veriblər.
Bundan başqa, dərsliklərin çapı ilə bağlı nəşriyyatlararasında böyük qalmaqal yaşanır.
Mövzunu davam etdirəcəyik.
Hikmət