Dünyanın ən böyük sosial şəbəkəsi Facebook, 2 milyard istifadəçiyə çataraq yeni bir rekorda imza atıb.
Facebookun Yaradıcısı və İdarə Heyətinin Sədri (İcraçı Direktor) Mark Zuckerberg, şəxsi Facebook hesabından verdiyi açıqlamada, “Bu səhər, Facebook camiəsi rəsmi olaraq 2 milyard insana çatıb. Dünya rabitəsində irəliləmə təmin edirik. Haydı, indi bütün dünyanı bir-birinə yaxınlaşdıraq. Bu yolçuluqda sizinlə olmaq böyük şərəfdir”,- ifadələrini istifadə edib.
Şirkətdən verilən yazılı açıqlamada isə hər gün orta hesabla 800 milyon insanın Facebookda “bəyəndi” və 175 milyon insanın isə “sevdi” düyməsini basdığı məlumatına yer verilib.
Facebook təxminən 13 il əvvəl qurulub və 5 il əvvəl 1 milyard istifadəçiyə çatmışdı.