Almaniyanın Mittenvalde şəhərinin meri paytaxt Berlinin 1 trilyon avro ödəməsini istəyib. Şəhər meri Uve Pfayferin fikrincə bu pul 450 il əvvəl Mittenvalde tərəfindən Berlinə verilmiş 450 qulden borc pulun faizlərlə yığılmış cəmidir.
1562-ci ildə Berlin Keln (şəhərin o zamanki adı) şəhərindən borcunu ödəyə bilmək üçün 400 qulden istəyib. Borc 106%-lə ödənməli olsa da, bir qulden belə geriyə ödənməyib. Mittenvalde şəhər meri deyir ki, indi onun şəhəri dünyanın ən varlı şəhəri ola bilərdi. Hal-hazırda Berlin ətrafındakı bu şəhərdə 9000 sakin yaşayır.
azadliq.info