Saatlıda üçüncü dəfə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Belə ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 10:50:51-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Təkanların maqnitudası 3.3, dərinliyi isə 46 km olub.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. dərinlikdə olub.
Report