Daşkəsən rayon sakini ehtiyatsızlıq nəticəsində özünə xəsarət yetirib. Rayonun Aşağı Daşkəsən qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov həyətində odun doğrayan zaman balta onun ayağını kəsib.
Dərhal xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
APA