Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.
İlk oyun günündə “Yuventus” öz meydanında “Monako”nu qəbul edib.
6 gün əvvəl bu komandaların ilk oyunu “Qoca Sinyora”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu səbəbdən də əksəriyyət artıq Turin klubunu finalda görürdü. Proqnozlar özünü doğruldub. Öz meydanında da qələbə qazanan Turin klubu adını finala yazdırıb.
“Yuventus” – “Monako” – 2:1
Qollar: Mario Mandzukiç, 33 (1:0), Dani Alveş, 45 (2:0), Embappe, 69 (2:1)