Rusiya mətbuatının iddiasına görə, müxalif siyasətçi Aleksey Navalnı xaricə gedib. Məlumata görə, müxalifətçi Barselonaya yollanıb. Hələlik nə Navalnı, nə də tərəfdarları məsələni şərh etməyiblər.
Aprelin sonunda Moskvada Aleksey Navalnıya hücum olub və üzünə “zelyonka” atılıb. Nəticədə onun gözü kimyavi yanıq alıb. Bir neçə gün sonra isə ona beşillik fasilədən sonra xarici pasport verilib. Pasport alandan sonra Navalnı müalicə üçün xarici ölkələrdən birinə gedəcəyini bildirdi.
Navalnının şərti iş alması səbəbindən ölkəni tərk etməsi ilə bağlı qadağanın olduğu deyilsə də,o özü heç bir qadağanın olmadığını bəyan etmişdi.
Fizzə