Malayziyanın hüquq-mühafizə orqanları ölkə ərazisində İŞİD terror qruplaşmasının silah anbarını aşkarlayıb.
Bu barədə “The Star” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, silah anbarı ölkənin şimal-şərqində müəyyən edilib. Polis güman edir ki, ekstremistlər terror aktlarının törədilməsinə hazırlıq məqsədilə il ərzində arsenalı gücləndiriblər.
Anbarda beş ədəd yarımavtomat-tapança, tapança-pulemyot və “Colt M4” karabini tapılıb.
Report