Almaniyanın baş naziri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün bu gün Soçiyə gedib. Merkelin Soçiyə bir günlük səfəri onun son iki ildə Rusiyaya etdiyi ilk ziyarətidir.
Putin Merkellə görüşdükdən sonra Ukraynanın şərqindəki qarşıdurmaları və Suriyadakı savaşları müzakirə edəcəklərini söyləyib.
Görüş Ukraynadakı əməliyyatlara görə Rusiyaya tətbiq olunan sanksiyalara Almaniyanın dəstək verməsi səbəbilə artan gərginlik şəraitində reallaşsa da, Putinin əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu bilinir.
azadliq.info