Fransada bazar günü keçiriləcək olan ikinci tur prezident seçkilərinin öncülü olan Emmanuel Makron Avropa Birliyinin (AB) hələ də funksiyasız bir mövqedə olduğunu və bu vəziyyətin belə davam edə bilməyəcəyini söyləyib.
Makron BBC-yə müsahibəsində Fransa prezidenti olması halında AB və Avropa layihəsində hərtərəfli islahat üçün səy göstərəcəyini deyib.
Fransız seçicilərin qəzəbli olduqlarını bildirən siyasətçi ölkəsindəki seçkilərin Fransanın birlikdəki yerini zəmanətə almaq üçün “son fürsət” olduğunu vurğulayıb.
Makron seçki kampaniyasından əvvəl bir nəfərin Avro Bölgəsi maliyyə naziri olaraq təyin edilməsini, bölgə ölkələrinin maliyyə siyasətinin tam bir uyğunlaşma içində olmasını və bank birliyinin təmin edilməsini təklif etmişdi. Onun ikinci turdakı rəqibi ifrat sağçı Milli Cəbhənin lideri Marine Le Pen isə Fransanın Avro bölgəsindən çıxmasını və AB üzvlüyü ilə bağlı ölkədə referendum keçirilməsinin ideyasını irəli sürüb.
azadliq.info