Azadlıq qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi, hazırda həbsdə olan Faiq Əmirlinin səhhəti pisləşib. Bu barədə F.Əmirlinin həyat yoldaşı Lalə Əmirli məlumat verib.
F.Əmirlinin səhhətində problemlər əvvəldən də vardı və həbsxana şəraitində bir az da kəskinləşmişdi. O, əsasən öd kisəsi və mədə ağrılarından əziyyət çəkir. F.Əmirli müalicə altında idi və həbs edilməsi ilə müalicəsi yarımçıq kəsilib. O, pəhriz yeməkləri qəbul etməlidir. Həzm sistemində pozğunluq var və yediyi qidanı tez-tez qaytarır.
L.Əmirli bildirib ki, həyat yoldaşının səhhətindəki bu problemlər indi daha da ciddiləşib. Öd kisəsinin ağrıları şiddətlənib. Üstəlik, ürəyində də ağrılar baş qaldırıb. Qaytarma halları da çoxalıb.
azadliq.info