Türkiyə ilə Rusiya arasında viza məsələlərinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılır. Bu müzakirələr çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya vətəndaşlarının viza ilə Türkiyədə qalma müddətini 60 gündən 90 günə çıxaracaqlarını bildirib.
Çavuşoğlu hələ təyyarə böhranından əvvəl Rusiya ilə pasportsuz gediş-gəliş üçün çalışdıqlarını söyləyərək, qarşılıqlı səyahətlə bağlı yenidən bu məsələyə qayıtmaq istədiklərini deyib.
Antalyanın Alanya qəsəbəsində jurnalistlərə müsahibə verən nazir “Antalya və Alanyada yaşayan, 18 yaşı olmuş bir neçə rusiyalı gəncə də Türkiyə vətəndaşlığı verəcəyik” deyib. Çavuşoğlu ölkə xaricində yaşayan Türkiyə vətəndaşlarına Avropanın münasibətini də tənqid edib:
“Türkiyə xaricində yaşayan vətəndaşlarımızın o ölkələrə inteqrasiya olunmasını, hətta vətəndaşlıq almasını istəyirik. Amma ölkəmizlə olan bağlarının qopmalarını istəmirik, türklər də istəmir. Avropa ölkələrində isə inteqrasiya anlayışı assimilyasiya deməkdir.”
azadliq.info