ABŞ-a məxsus F / A-18E Super Hornet tipli döyüş təyyarəsinin Filippin sahillərində ABŞ təyyarə gəmisi “Carl Vinson” eniş etdiyi zaman qəzaya uğradığı bildirilib. Qəzanın meydana gəldiyi “Carl Vinson” təyyarə gəmisi son zamanlar gündəmdən düşmür. ABŞ prezidenti Tramp təyyarə gəmisi “Carl Vinson”un Şimali Koreya sahillərinə göndərildiyini açıqlamış, ancaq daha sonra təyyarə gəmisinin, əslində, Hind okeanına göndərildiyi ortaya çıxmışdı. ABŞ donanmasından edilən yazılı açıqlamada səhər saatlarında meydana gələn qəzada təyyarənin pilotunun atladığı və sağ qaldığı qeyd edilib. Donanmanın açıqlamasında belə yazılıb: “Qəza təyyarə gəmisinin 2-ci Hava qanadına bağlı F / A-18E təyyarəsinin “USS Carl Vinson”a son yaxınlaşması anında meydana gəldi. Hadisə bu anda araşdırılır. Pilot “USS Carl Vinson”daki tibbi qrup tərəfindən müayinə edilir və hələlik yaralanmadığı görünür. ” Açıqlamada pilotun Celebes dənizini keçid zamanı patrul vəzifəsi yerinə yetirən HSC-4 tipli xilasedici vertolyot tərəfindən qurtarıldığı bildirilib.
azadliq.info