“AXCP olaraq bu faktların açıqlanmasında maraqlıyıq”
AXCP sədrinin müavini Gözəl Bayramlı Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verib. Gözəl Bayramlı “azadliq.info” ya açıqlamasında bildirib ki, saxta sənədlərlə xaricdə oturum izni alınmasıyla bağlı cinayət işi açılıb və dinidirilməsi də bu iş üzrə yaranmış zərurətlə bağlı olub: “ Mən bildirdim ki, məlum sənədlərin və adı çəkilən şəxslərin AXCP-yə heç bir aidiyyatı yoxdur. Amma AXCP adından saxta sənədlərin verilməsiylə bağlı faktlar var və bu haqda sosial şəbəklərdə materiallar da paylaşılıb. Bütün bunları müstəntiqlərin diqqətinə çatdırdım”.
Gözəl Bayramlı onu da əlavə etdi ki, AXCP olaraq bu faktların açıqlanmasında və bu işlə məşğul olanların aşkar olunmasında maraqlıyıq.
azadliq.info