ABŞ prezidentinin köməkçisi Mayk Pens Şimali Koreya problemində nüvə silahlanmasından imtina etdirmə səyləri nəticə verənə qədər çalışacaqlarını söyləyib.
Asiya turu çərçivəsində Cənubi Koreyadan sonra Yaponiyanı ziyarət edərək, Baş nazir Şinzo Abe və digər səlahiyyətlilərlə görüşən Pens Tramp rəhbərliyinin Şimali Koreyanı nüvə sınağı cəhdlərindən imtina etdirmək məsələsində qərarlı olduğunu vurğulayıb.
ABŞ prezidenti Donald Trampın iqtisadi və diplomatik təzyiqlərin Pyongyang rəhbərliyini əməkdaşlığa məcbur edəcəyinə inancının tam olduğunu ifadə edən Pens deyib: “Buna inanırıq ki, qərarlı ölkələr birliyi, diplomatik və iqtisadi təzyiqlərlə Koreya yarımadasında nüvə fəaliyyətlərini dayandırmağı bacara bilər. Koreya yarımadası nüvə silahlarından azad olunana qədər dayanmayacağıq, yorulmayacağıq.”
Pens yapon həmsöhbətlərinə Yapon dənizinin sərhəd istiqamətindən gələ biləcək təxribatlara qarşı “yüzdə yüz yanınızdayıq” deyərək dəstəyini bildirib.
Mayk Pens dünən məsələ ilə bağlı sərt şəkildə “artıq strateji səbir dövrü bitdi” mesajını vermişdi.