Kaliforniya məhkəməsi Samsung Galaxy Nexus smartfonlarının ABŞ-da satışına qadağa qoyub. Bununla da “Apple” şikətinin məhkəmə iddiası təmin olunub. “Apple” smartfonların iPhone-dan kopyalandığını iddia edirdi.
Bir həftədə bu ikinci məhkəmə prosesidir ki, “Apple” “Samsung” üzərində qələbə çalır. 26 iyunda məhkəmə Galaxy Tab planşetlərin iPad-ın kopyası satışına qadağa qoymuşdu. Məhəkəmə qadağası patentlərin pozulması ilə bağlı əsas məhkəmə prosesinin keçirilməsinə qədər qüvvədə qalacaq.
“Apple” və “Samsung” şirkətləri arasında məhkəmə prosesi bir çox ölkədə davam edir. Keçən ilin payızında Galaxy Tab 10.1 planşetinin Almaniyada satışına qadağa qoyulmuşdu.
azadliq.info