ABŞ prezidentinin köməkçisi Mayk Pins Şimali Koreyanın nüvə silahlarına qarşı göstərdikləri “strateji səbrin” tükəndiyini açıqlayıb.
Asiya turu çərçivəsində Cənubi Koreya və Şimalı Koreyanı bir-birindən ayıran əsgərlər olmayan neytral bölgəni ziyarət edən Pins jurnalistlərə açıqlama verib. O, Şimali Koreya rejiminin nüvə silahları və ballistik raketləri buraxmağa davam edəcəyi mesajına işarə vuraraq, “ABŞ-ın strateji səbr dövrü sona çatmışdır” deyib.
Şimali Koreyanın ilk nüvə silahı sınağından bu yana yarım əsr keçdiyinə, ABŞ-ın bu dövrdə strateji səbir göstərdiyinə diqqət çəkən Pins deyib: “Şimali Koreyanı nüvə silahı inkişaf etdirmək istiqamətində davamlı yoldan ayrıldığını görmək istəyirik. Ayrıca davamlı ballistik mərmilərin istifadəsi və sınağı qəbul edilə bilməz. ”
Pinsin 10 günlük Asiya turu çərçivəsində Cənubi Koreya, Yaponiya, İndoneziya və Avstraliya liderləriylə görüşməsi gözlənilir.
azadliq.info