Bu gecə saat 02 radələrində Gəncə şəhərində dəhşətli hadisə baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə Kərpic zavodunda 1960-cı ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuş Əliyev Asif Cumalı oğlu avadanlıq təmiri işi ilə məşğul olarkən hərəkətdə olan dəmir çarxların arasına düşüb. Nəticədə 52 yaşlı kişinin bədəni çarxın arasında parçalanıb.
Hadisə ilə əlaqədar araşdırmalar başlanılıb. Olay yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.