Dövlət Neft Şirkəti məlumatın həqiqətə uyğun olmadığını deyir
“Gürcüstan boyunca SOCAR-ın məntəqələri var. Araşdırın görün ki, onun nə qədərinin rəhbəri gürcü və gürcü soyadı götürən ermənilərdir.
Təkcə SOCAR deyil, Gürcüstanda 300-dən çox Azərbaycan şirkəti var, orada uzaqbaşı, süpürgəçilər, xadimələr azərbaycanlıdır”. Bu fikirləri Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov “Azadlıq”a müsahibəsində səsləndirib. Ə.Əsgərovun dedikləri ilə bağlı Dövlət Neft Şirkətinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri
Nizaməddin Quliyevin Ə.Əsgərovun SOCAR-la bağlı iddialarının həqiqətə uyğun olmadığını bildirdi. “Bəs, həmin məntəqələrə rəhbərlik edənlər hansı millətin nümayəndələridir?” sualına isə N.Quliyevin cavabı belə oldu: “Dəqiq bilmirəm. Amma lazım olsa, araşdırıb deyərəm, bu, asan məsələlir. Əsas odur ki, Əlibala Əsgərovun dedikləri həqiqətə uyğun deyil”.
Gültəkin