Fransa Senatının yeni hesabatında əksini tapan məlumatlara görə, Fransada 17 min 393 adam terror şübhəsiylə izlənilir. Mart ayının sonuna olan statistikanı əks etdirən hesabatda izlənilən bu şəxslərin hamısının davamlı olaraq nəzarətdə saxlanılmadığı, onlardan bəzilərinə vaxtaşırı nəzarət edildiyi bildirilir. 2 min 46 fransızın Suriya və İraqda terror qruplarında döyüşçü olduğu açıqlanan hesabata görə 249 fransız vətəndaşının bu bölgələrdə öldüyü təxmin edilir.
azadliq.info