Mirvari Qəhrəmanlı: “Neft Daşlarında işçiləri qəzalı estakadalarla işə aparırlar”
Xəzərdə baş verən faciədə həlak olan neftçilərin cəsədlərinin tapılmasıyla bağlı vaxtaşırı məlumatlar gəlir. Sonuncu hadisəyə qədər də dənizə ömrünü bağışlayan çoxlu sayda neftçi olub. Fəqət həlak olanların hamısı şəxsi mənada ehtiyatsızlığın deyil, estakadalardakı anormal vəziyyətin qurbanı olublar. Fakt budur. Bu qədər insan həyatı itirilib, bir nəfərin timsalında ailənin bütün üzvlərinin həyatı qara gəlib. Toplum olaraq isə, cəmiyyətin bəlli bir hissəsi faciə içində qalıb.
Neftçilərin hüquqlarının müdafiəçisi Mirvari Qəhrəmanlı söyləyir ki, ölkədə bu vaxta kimi olan neftçi ölümlərinin əsas səbəbi işçilərin qəzalı estakadalarda işləmələridir. Həmsöhbətimizə görə, vaxtaşırı cari və əsaslı təmir üçün ayrılan vəsaitin hara və hansı üsullarla xərclənməsinin heç bir açıqlaması yoxdur:
“Vəziyyət çox gərgindir. Diqqət edin, “Neft Daşları”nda işçiləri işə qəzalı estakadalarla aparırlar. Məlumatlara görə estakadanın bir tərəfi də əyilib. Bunu niyə görən yoxdur?! Konkret olaraq qəzalar məsul işçilərin vəzifə borcunu məsuliyyətsiz yerinə yetirməsinin nəticəsidir. Onların məsuliyyətsizliyi ucbatından qəzalar baş verir. Nəticədə çoxlu ölüm halları baş verir və neftçi ailələri başsız qalır. Bunun üzərində iş aparılmalıdır ”.
Nigar